"Türkiyənin Qızıl Aypara Cəmiyyəti ayrı-seçkilik qoymadan möhtac olan hər kəsə yardım edir"

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Türkiyənin Qızıl Aypara Cəmiyyətinin ayrı-seçkilik qoymadan möhtac olanlara xidmət göstərdiyini söyləyib.

750430
"Türkiyənin Qızıl Aypara Cəmiyyəti ayrı-seçkilik qoymadan möhtac olan hər kəsə yardım edir"

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Türkiyənin Qızıl Aypara Cəmiyyətinin ayrı-seçkilik qoymadan möhtac olanlara xidmət göstərdiyini söyləyib.

Dövlət başçısı İstanbulda Haliç Konqres mərkəzində Qırmızı Aypara Cəmiyyətinin 149-cu quruluş ildönümündə cəmiyyətə ianə verenlərə medallarını təqdim edib.

Ərdoğan mərasim zamanı deyib ki, öz sahəsində dünyanın qaçaqcıl təşkilatlarından biri olmaq Qızıl Aypara Cəmiyyətinin  haqqıdır. Əhalinin artdığı, şəhərlərin böyüdüyü bir zamanda imkan sahibləri ilə möhtac olanların bir-birlərini tapmaları çətindir. Şəxsi olaraq göstərilən köməkliklərə Cəmiyyət vasitəçilik edir. Türkiyənin Qızıl Aypara Cəmiyyəti 149 illik təcrübəsi ilə öz sahəsində qabaqcıl bir təşkilatdır.

Cəmiyyətə  köməklik göstərənlərə təşəkkür edən Dövlət başçısı Ərdoğan bildirib ki, Türkiyə dünyanın ən böyük qaçqınlara yardım əməliyyatını, heç kəsə ehtiyac duymadan öz başına davam etdirə bilirsə bunda Qızıl Aypara Cəmiyyətinin çox ciddi rolu vardır. Köməkləşmə və həmrəylik mədəniyyətimiz Qızıl Aypara Cəmiyyəti kimi təşkilatlanmış idarələrə yiyə durduğumuz müddətdə güclənərək davam edəcəkdir.

Qızıl Aypara Cəmiyyətinin Suriyada, Arakanda, Myanmada, Pakistanda təbii fəlakətlərdə yardım çatdırdığını dilə gətirən Ərdoğan Türkiyənin dörd bir tərəfində təbii fəlakətlər olduğu zaman da Qızıl Aypara Cəmiyyətinin yardım çatdırdığını söyləyib.



Әlaqәli Xәbәrlәr