Türkiyənin qaçqınlara etdiyi yardım 25 milyard dollara çatıb

Türkiyə, qaçqın axını qarşısında yalnız qalmamalıdır. Bunu Əmək və əhalinin Sosial Müdafiəsi naziri Məhmət Müəzzinoğlu deyib.

750956
Türkiyənin qaçqınlara  etdiyi yardım 25 milyard dollara çatıb

Əmək və əhalinin Sosial Müdafiəsi naziri Məhmət Müəzzinoğlu, İsveçrənin Cenevrə şəhərində təşkil edilən Beynəlxalq Əmək Təşkilatının (BƏT) sayca 106-cı Beynəlxalq Əmək Konfransında etdiyi çıxışında: Türkiyə ev sahibliyi etdiyi 3 milyondan çox qaçqına, başda hümanitar yardım olmaqla bir çox sahədə dəstək olmaqda davam edir. Türkiyənin bu günə qədər qaçqınlara etdiyi yardım 25 milyard dollara çatıb. “Beynəlxalq cəmiyyət bu yükü və məsuliyyəti bütün ölçüləriylə bölüşərsə, qarşı-qarşıya olduğumuz bu insanlıq dramı biraz yüngülləşər. Belə ağır bir yük və məsuliyyət Coğrafi yaxınlıq səbəbiylə heç bir ölkənin üstünə atılmamalıdır.Beynəlxalq platformalarda məsələyə beynəlxalq həll yolu tapmağın daha vaxtı gəlib çatmışdır.



Әlaqәli Xәbәrlәr