"Türkiyə, İran və Əfqanıstanı da üzvlüyə qəbul edərək təşkilatı genişləndirmək lazımdır"

Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına üzv edilməsinin vacibliyinə toxunub.

750651
"Türkiyə, İran və Əfqanıstanı da üzvlüyə qəbul edərək təşkilatı genişləndirmək lazımdır"

   Qazaxıstanın paytaxtı Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatı Liderlər sammitində Pakistan və Hindistanın təşkilata tam üzvlüyünün təsdiqindən sonra V.Jirinovski Türkiyənin üzvlük məsələsindən danışıb: "Şanxay Əməkdaşlıq Təşkilatına yeni üzvləri almaq üçün işləri sürətləndirmək lazımdır. Bu baxımdan Türkiyə, İran və Əfqanıstanı da qısa zamanda üzvlüyə qəbul edərək təşkilatı genişləndirməliyik."



Әlaqәli Xәbәrlәr