Binəli Yıldırım: "Böhranın kəskinləşməməsi üçün çox ciddi işlər görürük"

Türkiyənin baş naziri Binəli Yıldırım İstanbulda Nazirlər Kabinetinin Dolmabaxça Ofisində iş dünyası nümayəndələri bir araya gəldi

750201
Binəli Yıldırım: "Böhranın kəskinləşməməsi üçün çox ciddi işlər görürük"

Türkiyənin baş naziri Binəli Yıldırım Qətər ilə bəzi ərəb ölkələri arasında yaranan böhran haqqında: "Böhranın kəskinləşməməsi üçün başda prezidentimiz olmaqla, çox ciddi işlər görürük" dedi.
 
Baş nazir Yıldırım İstanbulda Nazirlər Kabinetinin Dolmabaxça Ofisində iş dünyası nümayəndələri bir araya gəldiyi iftar proqramında çıxış etdi.
 Yıldırım çıxışının əvvəlində İstanbulda müalicə olunduğu xəstəxanada vəfat edən Azərbaycanın energetika naziri Natiq Əliyevə Allahdan rəhmət dilədi, Azərbaycana başsağlığı verdi.
 
Yıldırım son bir neçə həftədə Bağdad, Kabil, Filippin, London və İranda ard-arda törədilən terror hücumlarını  və çox sayda insanın həlak olduğunu xatırladaraq, terrordan heç bir ölkənin qoruna bilmədiyini bildirdi.
 
Baş nazir bütün terror təşkilatlarına qarşı birgə mübarizədə "insanı yaşatmaq cahanı yaşatmaqdır" prinsipinin nəzərə alınmasının vacibliyini vurğuladı.
 
  Yıldırım çıxışında Qətər böhranına da toxundu.
 
 Qətərə qarşı başlanılan sanksiya qərarının düzgün olmadığını prezident Rəcəb Tayyib Ərdoğanın və hökumətin açıq bir şəkildə ifadə etdiyni bildirən Yıldırım, sözlərini belə davam etdirdi: "Körfəz ölkələrində baş verən bu böhran ümid edirik ki, ən qısa müddətdə dialoq vasitəsilə, məşvərət yolu ilə sona çatacaq. Suriya, İraq, Yəmən, Liviya kimi ölkələrdə çətinliklər hazırda davam edir. Bu problemin daha da genişlənərək Körfəzə sıçraması regionumuz üçün heç birimizin arzu etmədiyi yeni bir vəziyyəti meydana gətirəcəkdir. Bu baxımdan böhranın kəskinləşməməsi üçün Türkiyə olaraq, başda Prezidentimiz olmaqla çox ciddi bir iş göstəririk. "



Әlaqәli Xәbәrlәr