Bəhreyn xarici işlər naziri İstanbula gəldi

Qətərə qarşı tətbiq olunan sanksiyalardan sonra Türkiyə  diplomatik fəaliyyətlərini davam etdirir.

750127
Bəhreyn xarici işlər naziri İstanbula gəldi

Qətərə qarşı tətbiq olunan sanksiyalardan sonra Türkiyə  diplomatik fəaliyyətlərini davam etdirir.
 
 Bəhreyn xarici işlər naziri məsələ ilə əlaqədar İstanbula gəldi.
 
 Türkiyə prezindi Rəcəb Tayyib Ərdoğan Bəhreyn xarici işlər naziri Şeyx Xalid bin Əhməd Əl Hənifəni qəbul etdi.
 
Mətbuata qapalı keçən qəbul təxminən 1.5 saat davam etdi.
 
 Görüşdə Qətər böhranı müzakirə edildi.

Daha sonra xarici işlər naziri Mövlud Çavuşoğlu görüş haqqında məlumat verdi.  Məlumata görə, Türkiyə prezidenti bəhreynli qonağa Qətər böhranının Ramazan bitmədən həll olunmalı olduğunu söyləyib.
 
Çavuşoğlu Türkiyənin böhranın dinc yolla həllinə çalışacağını bildirdi, Qətərə  Türk əsgərinin göndərilməsindəki məqsədin Bəsrə Körfəzində təhlükəsizliyi təmin etməkdən ibarət olduğunu qeyd etdi.
 
Amerika Birləşmiş Ştatlarının düyməyə basması ilə Səudiyyə Ərəbistanı və Misir başda olmaqla ərəb ölkələri Qətərlə diplomatik əlaqələrini kəsib,  hava məkanları bağlanıb, Qətər vətəndaşları həmin ölkələrdən deportasiya edilib.
 
 Türkiyə sayı 10-a çatan bu ölkələrdən fərqli olaraq Qətərin tərəfindədir.



Әlaqәli Xәbәrlәr