R.T.Әrdoğan:‘‘Türkiyə Qətəri dəstəkləməkdə davam edəcək’’

Dövlәt başçısı Әrdoğan  Ədalət və İnkişaf Partiyasının İstanbul  şәhәr söbәsi tәrәfindәn tәşkil edilәn iftar proqramında iştirak edib.

749855
R.T.Әrdoğan:‘‘Türkiyə Qətəri dəstəkləməkdə davam edəcək’’

'‘Türkiyə Qətəri dəstəkləməkdə davam edəcək’’

Bunu Türkiyənin dövlәt başçısı  Rәcәb Tayyib Әrdoğan  bəyan edib.

Dövlәt başçısı Әrdoğan  Ədalət və İnkişaf Partiyasının İstanbul  şәhәr söbәsi tәrәfindәn tәşkil edilәn  iftar proqramında iştirak edib.

Dövlәt başçısı çıxışı zamanı Qətər məsələsinə toxunaraq  müsəlman coğrafiyasında yaşananlara  diqqət çəkib.

Rәcәb Tayyib Ərdoğan  Suriya, İraq, Yəmən, Əfqanıstan, Myanmada və Qətərdə baş verənlərin heç kimin xeyrinә olmayacağını vә  buradakı problemlərin tezliklə  hәll edilmәsinin vacibliyini vurğulayıb.

Qәtәrlә bağlı hәr gün yeni bir xәbәrin yayıldığını vurğulayan dövlәt başçısı: ‘‘Mən bu günə qədər Qətərin terrora dəstək verdiyinə şahid olmadım. Son bir-iki həftəyə qədər şox yaxşı münasibətləri olan Körfəz ölkələrinə indi nə oldu ki, qardaşlarını terror ölkəsi elan edirlər?”

ABŞ Dövlәt Katibi  Reks Tillersonun  dünәn axşam verdiyi açıqlamaya toxunan Rәcәb Tayyib Әrdoğan bildirib ki: ‘‘R.Tillersonun Qәtәrә qarşı tәtbiq edilәn embarqoların aradan qaldırılması ilә bağlı açıqlaması çox әhәmiyyәtlidir’’



Әlaqәli Xәbәrlәr