Xarici İşlər naziri Mövlud Çavuşoğlu Vilniusa səfərini təxirə saldı

Xarici İşlər naziri Mövlud Çavuşoğlu Qətər böhranına görə iyunun 8-də Litvanın paytaxtı Vilniusa edəcəyi rəsmi səfəri təxirə saldı.

748870
Xarici İşlər naziri Mövlud Çavuşoğlu Vilniusa səfərini təxirə saldı

Xarici İşlər naziri Mövlud Çavuşoğlu Qətər böhranına görə iyunun 8-də Litvanın paytaxtı Vilniusa edəcəyi rəsmi səfəri təxirə saldı.

Litva Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən, Çavuşoğlu Litvanın Xarici İşlər naziri Linas Linkeviciusa zəng edərək səfər təxirə salındığına görə mütəəssir olduğunu dilə gətirib və səfərin iki tərəfin uyğun gördüyü bir tarixdə reallaşmasına ümid etdiyini bildirib.

Litva mətbuatı Çavuşoğlunun ən son iki il əvvəl Litvaya səfər etdiyini yazıb.

Litvanın Xarici İşlər naziri Linkevicius isə avqustun 22-də Türkiyədə səfərdə idi.

Nazir Fətullahçı Terror Təşkilatının 15 iyun çevriliş cəhdindən sonra Türkiyəyə səfərə gələn ilk Avropa İttifaqı və NATO xarici işlər naziri də olub.

Digər tərəfdən Xarici İşlər naziri Çavuşoğlu Qətər böhranının həlli ilə əlaqələri telefon diplomatiyasını davam etirir.

Nazir həmin çərçivədə Qətərin Xarici İşlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al Sani ilə dünən axşam telefonla danışıb.

Diplomatik mənbələrdən əldə edilən məlumata əsasən, iki nazir telefon danışığında Körfəz bölgəsindəki son vəziyyəti qiymətləndirib.

Çavuşoğlu həmçinin Rumıniya və Bolqarıstanın xarici işlər nazirləri ilə də telefonla danışıb.



Әlaqәli Xәbәrlәr