Türkiyə Puntlandda hərbi bazaya edilən terror hücumunu qınadı

Somalinin yarı muxtar bölgəsi Puntlandda “Aş-Şabab” terror qruplaşmasının silahlılarının hərbi bazaya hücumu nəticəsində  aralarında dinc vətəndaşların də olduğu 70-ə yaxın adam həlak olub.

748885
Türkiyə Puntlandda hərbi bazaya edilən terror hücumunu qınadı
dışişleri Raşidin saldırı kınama.jpg

Somalinin yarı muxtar bölgəsi Puntlandda “Aş-Şabab” terror qruplaşmasının silahlılarının hərbi bazaya hücumu nəticəsində  aralarında dinc vətəndaşların də olduğu 70-ə yaxın adam həlak olub.

Yüksək rütbəli hərbçi Ahmed Mohamed  Eş-Şebab silahlılarının Af-urur hərbi bazasına partlayıcılar və ağır silahlarla hücum təşkil etdiyini bildirib.

Ahmed Mohamed bazadakı ölü sayının dəqiq bilinmədiyini, lakin ilk məlumatlara görə aralarında dinc vətəndaşların də olduğu 70-ə yaxın adamın həyatını itirdiyini, onlarla adamın yaralandığını ifadə edib.

Somali ordusu dəstək qüvvələri hücumun həyata keçirildiyi bölgəyə daxil olaraq, Eş-Şebab terrorçularını geri oturdub.

Digər tərəfdən Aş-Şebab hücum haqqında verdiyi məlumatda 61 Somali əsgərini öldürdüklərini, orduya aid çox sayda hərbi vasitə və silah-sursatı ələ keçirdiklərini bildirib.

Türkiyə Puntlandda hərbi bazaya edilən terror hücumundan dərin kədər duyduğunu bildirərək, hücumu qınayıb.

Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib ki, ölkədə sülh və sabitliyin yaranması üçün fədakarcasına cəhd göstərən təhlükəsizlik qüvvələrinə istiqamətli bu terror hücumunu sərt şəkildə qınayırıq.

Hücum nəticəsində həyatını itirənlərə Allahdan rəhmət, yaxınlarına başsağlığı və yaralılara təcili şəfa diləkləyirik. Türkiyə terrorla mübarizədə Somali xalqı və hökuməti ilə həmrəylik içində olmağa davam edəcəkdir.



Әlaqәli Xәbәrlәr