Türkiyə ilə Qətər arasında qəbul edilən saziş TBMM-də təsdiqləndi

Türkiyə Böyük Millət Məclisi Qətərdə hərbçilərin yerləşdirilməsinə dair və bu ölkədə jandarm qüvvələrinin təlimi üzrə qanun layihəsini təsdiqləyib.

748000
Türkiyə ilə Qətər arasında qəbul edilən saziş TBMM-də təsdiqləndi

Türkiyə Böyük Millət Məclisi  Türk hərbçilərin Qətərdə bu ölkənin hərbçilərinin təlimi ilə əlaqəli olaraq yerləşdirilməsinə dair və bu ölkədə jandarm qüvvələrinin tədrisi üzrə qanun layihəsini təsdiqləyib.

Bu barədə baş nazirin müavini Veysi Kaynak məlumat verib.

Qeyd edək ki,  Türkiyə hərbçilərinin Qətərdə hərbçilərin təlim və tədrisi ilə əlaqəli olaraq yerləşdirilməsi 2015-ci ildə iki ölkə arasında imzalanmış təhlükəsizlik sahəsində əməkdaşlığa dair sazişə uyğun olaraq həyata keçiriləcək.

Türkiyə Cümhuriyyətinin Jandarm Komandanlığı ilə Qətərin Daxili Təhlükəsizlik Qüvvələri  arasında yaradılacaq əməkdaşlığın prinsip və çərçivəsini müəyyən  etmək məqsədilə hazırlanan protokol ilə təlim fəaliyyətlərinin planlaşdırılması, koordinasiyası və icrasına dair məsələlər, hәmçinin  tərəflərin məsuliyyətinin müəyyən olunduğu qeyd edilib.



Әlaqәli Xәbәrlәr