Rusiyada Türkiyə vətəndaşları üçün elektron viza

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Türkiyənin də aralarında olduğu 18 ölkənin vətəndaşlarına 1 avqustdan Vladivostok limanından elektron viza ilə Rusiyaya girə biləcəklərini söyləyib.

748546
Rusiyada Türkiyə vətəndaşları üçün elektron viza

  Həftəlik mətbuat konfransında M.Zaxarova deyib: "Türkiyə, Əlcəzair, Bəhreyn, Bruney, Hindistan, İran, Qatar, Çin, Şimali Koreya, Küveyt, Mərakeş, Meksika, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Səudiyyə Ərəbistanı, Sinqapur, Tunis və Yaponiya vətəndaşlarına elektron viza veriləcək. Bu viza Rusiya torpaqlarında 8 gün qalma imkanı verir. Artıq qalmaq istəyən ölkəyə girişdən 4 gün əvvəl Xarici İşlər Nazirliyi saytına müraciət edərsə və təsdiq cavabı alarsa, vizanın müddəti 30 günə qədər uzadıla bilər.”



Әlaqәli Xәbәrlәr