"Bu əsər Türkiyə-Qana dostluğunun rəmzidir", N.Kurtulmuş

Türkiyə Baş nazirinin müavini Numan Kurtulmuş Türkiyə zərər verən Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin (FETÖ/PDY) Qanadan təcrid olunmasını istədiklərini bildirib.

748761
"Bu əsər Türkiyə-Qana dostluğunun rəmzidir", N.Kurtulmuş

  Qana İnformasiya naziri və prezident sözçüsü Mustafa Əbdülhəmidi Baş Nazirliyin Dolmabahçedəki Mərkəzində qəbul edən N.Kurtulmuş onu Türkiyədə gördüyü üçün məmnun olduğunu söyləyib.

  N.Kurtulmuş deyib:

  "FETÖ/PDY-nin Qanadan bir şəkildə uzaqlaşdırılması, Türkiyəyə zərər verən bu terror təşkilatının qanalı dostlarımıza, qardaşlarımıza zərər verməməsini, bununçün ölkədən təcrid olunmasını istəyirik.

  Son illər get-gedə artan Türkiyə-Qana münasibətləri məmnunedicidir. Türkiyə ilə Afrika arasında mühüm məsafələr qət olunub. Bunun həm də strateji əhəmiyyəti var. Afrika qitənin ən mühüm ölkələrindən biridir.

  İki ölkə arasında iqtisadi, ticarət və mədəni sahədəki əlaqələri artırmağa səy göstəririk. Türkiyə ilə Qana arasında ticarət həcmi təxminən 500 milyon dollar səviyyəsindədir. Bunun daha da yüksəltmək üçün hər iki ölkənin qarşı tərəflə ticarətetmə imkanları var. Tezliklə Qana-Türkiyə Qarışıq İqtisadi Komissiya Toplantısının 5-cisini etməyi planlaşdırırıq.

  İki ölkə əlaqələrinin simvolik işarəsi Türkiyənin Qanada inşasına başçılıq etdiyi Sultanahmet məscidinin bənzəri yaxın gələcəkdə açılacaq. Bu məscid Türkiyə-Qana dostluğunun rəmzidir."

  Qana İnformasiya naziri və prezident sözçüsü Mustafa Əbdulhəmidi də Türkiyədə gözəl qarşılandığı üçün məmnuniyyət hissi duyduğunu, Türkiyə-Qana arasında uzun müddət davam edən dostluğun möhkəm olmasını arzuladıqlarını bildirib.



Әlaqәli Xәbәrlәr