"Böhranın diplomatiya vә dialoq yolu ilә hәll edilmәsi üçün sәylərimiz davam edir",N.Kurtulmuş

Baş nazirin müavini Numan Kurtulmuş  Qətər böhranının  diplomatiya vә dialoq yolu ilә hәll edilmәsi üçün sәy göstәrdiklәrini bildirib.

748024

İstanbulun Esenlәr sәmtindә keçirilәn iftar proqramında çıxış edәn Numan Kurtulmuş bәzi Әrәb ölkәlәrinin Qәtәrә  tәtbiq etdiyi sanksiya qәrarını qiymәtlәndirib. Numan Kurtulmuş  yaşanan böhranın hәll edilmәsi üçün Türkiyәnin sәy  göstәrdiyini qeyd edib.

Numan Kurtulmuş bәzi dairәlәrin  bu cür böhranlarla İslam dünyasını hәdәfә aldığını  deyib.

İftardan sonra İstanbulda yaşayan Ordulu həmyerliləri ilә  görüşən Numan Kurtulmuş  burada da İrandakı terror hücumlarını qiymətləndirib.

O,  Qәtәrdә yaşanan böhrandan sonra  İranda törәdilәn bombalı hücumların tәsadüf olmadığını vurğulayıb.

Әlaqәli Xәbәrlәr