Ərdoğan:"Qətər probleminin həllində üzərimizə düşən vəzifəni yerinə yetirməyə hazırıq"

Türkiyə prezidenti və Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan Qətərə qarşı başlanılan sanksiyaların doğru olmadığını söylədi.

747153
Ərdoğan:"Qətər probleminin həllində üzərimizə düşən vəzifəni yerinə yetirməyə hazırıq"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının Mərkəzində təşkil olunan 10-cu Səfirlər İftarında iştirak etdi.
Prezident İftar yeməyində çıxış edərək Qətər böhranına toxundu. Ərdoğan həmrəyliyə və əməkdaşlığa hər zamankından daha çox ehtiyac olduğu bir vaxtda baş verən bu hadisənin regionun heç bir ölkəsinə fayda gətirmədiyini bildirdi.
 
 Körfəz Əməkdaşlıq Şurası üzvlərinin öz aralarındakı məsələləri qarşılıqlı dialoq yolu ilə həll etmələrinin  ən doğru yol olduğunu ifadə edən Ərdoğan bu çərçivədə Qətərin ortaya qoyduğu soyuqqanlı və konstruktiv mövqeyi təqdirlə qarşıladıqlarını söylədi.
 
 Ərdoğan:" Terror təşkilatlarına qarşı fəal mübarizə apardığını bildiyimiz Qətərin bu şəkildə təcrid edilməyə çalışılması heç bir problemin həllinə töhfə verməyəcək. 15 iyul dövlət çevrilişi cəhdi başda olmaqla, ən çətin vaxtlarımızda güclü dəstəklərini hiss etdiyimiz bütün dostlarımız kimi Qətərlə də  əlaqələrimizi inkişaf etdirməyə davam edəcəyik. Digər ölkələrin Qətərlə olan problemlərinin həlli məsələsində də üzərimizə düşən hər bir vəzifəni yerinə yetirməyə hazırıq" dedi.
 
 Türkiyə prezidenti Suriya və terrorizm məsələlərindən də danışdı, DEAŞ-ı məhv etmək əməliyyatına əli qanlı başqa bir terror təşkilatının (PYD/YPG) qatıldığını qeyd etdi və bunun əsla doğru olmadığını vurğuladı.

Ərdoğan separatçı terror təşkilatı PKK-nın Suriyadakı davamı PYD/YPG-yə dəstək verən ölkələrə reaksiya göstərərək: "Sırf bölgədəki siyasətinə xidmət etdikləri üçün terror təşkilatlarına qarşı qətiyyətli bir mövqe nümayiş etdirmək əvəzinə onları, "milis qüvvələri" adlandırdıraraq həyat əhəmiyyətli bir səhv etdiklərini çox yaxında anlayacaqlar. Tarix  bu cür səhvlərin daha sonra ölümcül hədələr olaraq  geri qayıtdığını göstərib" ifadələrini işlətdi.
 
 Prezident  ABŞ-ın Rakka əməliyyatı ilə əlaqədar:"Əməliyyatı PYD/YGP ilə həyata keçirəcəklərini deyirlər, xeyirli olsun. Amma bizim torpaqlarımıza qarşı təcavüz olarsa, lazımi tədbiirləri görəcəyik" dedi.



Әlaqәli Xәbәrlәr