N.Kurtulmuş:‘‘ Bu mәsәlәnin hәlli üçün üzәrimizә düşәn öhdәliyi yerinә yetirәcәyik''

Nazirlər Kabinetinin iclası dünәn dövlәt başçısı  Rəcəb Tayyib Ərdoğanın sәdrliyi ilә Prezident İqamәtgahında keçirilib.

746335
N.Kurtulmuş:‘‘ Bu mәsәlәnin hәlli üçün üzәrimizә düşәn öhdәliyi yerinә yetirәcәyik''

Nazirlər Kabinetinin iclası dünәn dövlәt başçısı  Rəcəb Tayyib Ərdoğanın sәdrliyi ilә Prezident İqamәtgahında keçirilib.

Baş nazirin müavini Numan Kurtulmuş iclasdan sonra verdiyi açıqlamada Almaniyanın İncirlik hәrbi hava bazası ilә bağlı qәrarına toxunub.

‘‘İncirlik hәrbi hava bazasından çıxıb çıxmama qәrarı tamamilә Almaniyaya aiddir. Bu qәrara deyәcәk bir sözümüz yoxdur’’,- deyә baş nazirin müavini Numan Kurtulmuş qeyd edib.

Qәtәr ilә bәzi Әrәb ölkәlәri arasındakı böhrana da toxunan Numan Kurtulmuş mәsәlәnin  böyümәdәn hәll edilmәsinin vacibliyini vurğulayıb.

Regionda vә Yaxın Şәrqdә daha çox gәrginliyin yaranmamasının әhәmiyyәtinә toxunan Numan Kurtulmuş: ‘‘ Bu mәsәlәnin hәlli üçün üzәrimizә düşәn öhdәliyi yerinә yetirәcәyik. Әhәmiyyәtli olan diplomatiya kanallarının açıq saxlanılmasıdır’’ deyib.

“Dövlәt başçımız Rәcәb Tayyib Әrdoğan İslam Əməkdaşlıq Təşkilatının sədri kimi də, çox sayda dövlət və hökumət başçısı ilə telefon әlaqәsi saxlayıb. Bunların bir qismi İslam ölkələridir, bir qismi Qərb ölkələridir. Dövlәt başçımız ikitərəfli telefon danışıqları apararaq problemin həll edilməsi üçün sәylәr göstәrir’’ deyә Numan Kurtulmuş qeyd edib.



Әlaqәli Xәbәrlәr