"Türkiyə Birləşmiş Krallıq ilə həmrəydir "

Baş nazir Binəli Yıldırım İngiltərənin paytaxtı Londonda törədilən terror hücumu ilə əlaqəli olaraq Türkiyənin dost və müttəfiq Birləşik Krallıq ilə tamamilə həmrəy olduğunu ifadə ədib.

745525

Baş nazir özünün “twittər” səhifəsində yazıb ki, can itkisinə və xeyli sayda insanın yaralanmasına səbəb olan mənfur terror hücumları ilə əlaqəli olaraq İngiltərənin kədərini bölüşürük.

Dəfələrlə terror aktlarının hədəfi olmuş Türkiyə və Türk xalqının Birləşmiş Krallığın kədərini dərindən hiss etdiyini vurğulayan baş nazir bildirib ki, bu xain hücum terrorun hər növünə qarşı mübarizəda əməkdaşlığın qətiyyətli şəkildə davam etdirilməsinin vacibliyini bir daha ortaya qoymuşdur. Türkiyə olaraq dost və müttəfiq Birləşmiş Krallıq ilə həmrəy olduğumuzu bir daha dilə gətirmək istəyirəm. Bu mənfur hücumda həlak olanların yaxınları ilə Birləşmiş Krallıq xalqına millətim və şəxsim adından başsağlığı diləyirəm.

Әlaqәli Xәbәrlәr