Rakka əməliyyatı başladı

Rakkanı  terror təşkilatı DEAŞ-dan xilas etmək üçün aylardır hazırlanan əməliyyat başladı.

745355
Rakka əməliyyatı başladı

Bu barədə məlumatıTürkiyənin baş nazir Binəli Yıldırım iftar proqramında media nümayəndələrinə verdi.
 
 Baş nazir: " İyunun 2-dən 3-nə keçən gecə daha əvvəl planlaşdırılan Rakka əməliyyatı başladı. Bu məsələ ilə bağlı məlumatı Amerika Birləşmiş Ştatları əməliyyat ərəfəsində bildirdi" dedi.
 
 Ankara ABŞ-ın separatçı terror təşkilatı PKK-nın Suriya davamı YPG ilə əməkdaşlıq etməsindən narahatdır. Vəziyyət hər səviyyədə dilə gətirildi.
 
Washington bunun bir seçim deyil, zərurət olduğunu bildirdi. 
 
Yıldırım prosesin yaxından təqib edildiyini qeyd etdi və Türkiyəyə verilən təminatdan bəhs etdi.
 
 Baş nazir:" Verilən təminat Rakka əməliyyatında istifadə ediləcək silahların daha sonra ölkəmizdə terror qruplarının əlinə keçməməsi və terror fəaliyyətlərində təhlükəsizlik qüvvələrimizə, vətəndaşlarımıza qarşı istifadə olunma ehtimalının yaranmaması barədədir. Bunu xüsusilə təqib edəcəklərini qeyd etdilər" dedi.
 
 Avropa İttifaqı, xüsusilə də Almaniya ilə münasibətlər  baş nazirin gündəmində idi.

Son məqsədin Aİ ilə münasibətlərin düzəldilməsi olduğunu vurğulayan Yıldırım: "Əsas düşüncəmiz 16 apreldə keçirilən  konstitusiya dəyişikliyi referendumunun kampaniya müddətində gərginləşən münasibətlərdən sonra həm Aİ tərəfdaşlığı prosesinin normallaşdırılması, həm də Almaniya ilə ikitərəfli münasibətlərimizin yeni relsə oturdulmasıdır. Lakin bu təktərəfli bir iradəylə həyata keçiriləcək bir şey deyil. Almaniyanın da bu çərçivədə hərəkət etməsi vacibdir" ifadələrini işlətdi.



Әlaqәli Xәbәrlәr