İHH Suriyanın döyüş bölgələrində hər gün iftar yeməyi verir

Suriyanın müxtəlif bölgələrində qurulan iftar çadırları, mobil yeməkxanalar və mətbəxlərdən minlərlə insan faydalanır.

745244
İHH Suriyanın döyüş bölgələrində hər gün iftar yeməyi verir

Türkiyənin İnsan Haqq və Azadlıqları Humanitar Yardım Fondu (İHH) Suriyanın döyüş bölgələrində hər gün 50 min nəfərə iftar yeməyi verir.
 
Humanitar Yardım Fondu rəhmət ayı Ramazanın gəlişi ilə işlərini sürətləndirib. 
 
 İdlib, Xama, Xüms, Azez və Cerablus bölgələrində hər gün müharibə qurbanı olan suriyalılara iftar yeməyi verilir.
 
 Suriyanın müxtəlif bölgələrində qurulan iftar çadırları, mobil yeməkxanalar və mətbəxlərdən minlərlə insan faydalanır.
 
Humanitar Yardım Fondu Ramazan ayının sonuna qədər iftar fəaliyyətlərini davam etdirəcək.



Әlaqәli Xәbәrlәr