Türkiyə Silahlı Qüvvələrinin son əməliyyatlarında 92 terrorçu məhv edildi

Baş Qərargah Rəisliyi tərəfindən ölkə daxilində PKK terror təşkilatına qarşı davam edən mübarizə ilə Suriyanın şimalında aparılan terrorla mübarizəyə dair məlumat yayılıb.

744195
Türkiyə Silahlı Qüvvələrinin son əməliyyatlarında 92 terrorçu məhv edildi

Türkiyə Silahlı Qüvvələri tərəfindən son bir həftədə keçirilən əməliyyatlarda 92 terrorçu məhv edilib.

Baş Qərargah Rəisliyi tərəfindən ölkə daxilində PKK terror təşkilatına qarşı davam edən mübarizə ilə Suriyanın şimalında aparılan terrorla mübarizəyə dair məlumat yayılıb.

Bildirilib ki, tərrorçuların sığınacaq yerləri və sərhəd məntəqələrindən keçiş yerləri kimi istifadə olunan bölgələri terrorçulardan təmizləmək və ərazilərdəki hazırlıqlarını məhdudlaşdırmaq məqsədi ilə başladılan əməliyyatlar aramsız davam edir. Həmin çərçivədə Şırnak, Hakkari, Diyarbəkir, Bingöl, Əlazığ, Ərzurum, Ardahan, Hatay, Osmaniyə və Qaziantep vilayətlərində həyata keçirilən əməliyyatlarda 92 terrorçu zərərsizləşdirilmişdir. Əməliyyatlar nəticəsində xeyli miqdarda silah-sursat da ələ keçirildi. Sığınacaq yerləri, mağara və anbarlar dağıdıldı. Nazarətlər nəticəsində sərhəd keçid məntəqələrindən qeyri-qanuni yollarla ölkəyə daxil olmağa cəhd göstərən 8 min 130 nəfər yaxalandı.

Son bir həftədəki əməliyyatlar zamanı Şırnakda baş verən helikopter qəzasında şəhid olan 13 əsgərlə yanaşı cəmi 23 əsgərimiz şəhid oldu, 11 əsgərimiz isə yaralandı.

Suriyanın şimalında keçirilən əməliyyat çərçivəsində də Türkiyə Silahlı Qüvvələri tərəfindən dəstəklənən Azad Suriya Ordusunun (ASO) mübarizəsi nəticəsində Azəz və Cerablus arasında yerləşən 243 yaşayış məntəqəsi və 2 min 15 kilokvadratmetrlik səhayə nəzarət ələ keçirildi.

Əl Bab qəsəbəsi ilə yanaşı Kabbasin və Bzagah bölgələrində partlayıcı və mina axtarış və təmizləmə işləri davam etdirildi. PKK/PYD terror təşkilatına mənsub quldurların Afrindən şərqə, Münbiçdən qərb istiqamətində ola biləcək hücumlarının qarşısının alınması məqsədi ilə tədbirlər görülməkdə davam etdirildi.



Әlaqәli Xәbәrlәr