Milli Təhlükəsizlik Şurasının iclası keçirildi

Milli Təhlükəsizlik Şurasının iclası Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Prezident İqamətgahında keçirildi.

743343
Milli Təhlükəsizlik Şurasının iclası keçirildi

Milli Təhlükəsizlik Şurasının iclası Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Prezident İqamətgahında keçirildi.

İclasdan sonra yayımlanan bildirişdə Türkiyənin gözləntilərinə əhəmiyyət verilmədən  Suriya Demokratik  Qüvvələri pərdəsi arxasında fəaliyyət göstərən PKK/PYD-YPG terror təşkilatına verilən dəstəyin  dostluq və müttəfiqliq ilə üst-üstə düşmədiyi bildirilir.

Bildirişdə DEAŞ-la mübarizə çərçivəsində edilən  bütün xəbərdarlıqlara baxmayaraq bəzi terrorçuların müxtəlif ölkələrdə mitinq keçirməsinin  araşdırılmasının vacibliyi  vurğulanıb, həmçinin terrorla mübarizə məsələsində mühüm təcrübəyə malik Türkiyə ilə strateji  əməkdaşlığın təmin edilməsinin  bütün dünyanın xeyrinə olacağı qeyd edilib.

Açıqlamada: "Türkiyənin Avropa  İttifaqına tamhüquqlu üzvlüyü çәrçivәsindә  viza  rejiminin ləğvi, müzakirәyә çıxarılan fəsillər ilә bağlı maneələrin aradan  qaldırılması və qaçqınlara edilәcәk  yardımlarla әlaqәdar  öhdəliklərin yerinə yetirilməsinin  dəstəkləndiyi qeyd olunur" deyә bildirilir.



Әlaqәli Xәbәrlәr