Şırnakda PKK terrorçularına məxsus silah-sursat ələ keçirildi

Türkiyənin Şırnak bölgəsinin Beytüşşəbab rayonunun Kato Dağı tərəfində təhlükəsizlik qüvvələri tərəfindən davam etdirilən əməliyyatda PKK terrorçularının istifadə etdiyi 8 mağarada çox sayda silah ələ keçirildi.

742526
Şırnakda  PKK terrorçularına məxsus silah-sursat ələ keçirildi
kato, şırnak

Türkiyənin Şırnak bölgəsinin Beytüşşəbab rayonunun Kato Dağı tərəfində təhlükəsizlik qüvvələri tərəfindən davam etdirilən əməliyyatda PKK terrorçularının istifadə etdiyi 8 mağarada çox sayda silah ələ keçirildi.
 
Şırnak valiliyindən verilən məlumata görə, mağaralarda  9 minaatan, 31 ədəd uzun lüləli silah, 467 minaatan sursatı, 20 min biksi patronu və çox sayda yaşayış ləvazimatları tapılıb.
 
 Aprelin 19-da başlayan əməliyyatdan bu günə qədər 719 silah, 363 min 148 müxtəlif hərbi sursat, 5 ton ammonium nitrat və 75 ton yaşayış ləvazimatı ələ keçirilib.



Әlaqәli Xәbәrlәr