Ərdoğan Miçotakisin ailəsinə başsağlığı verdi

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan 99 yaşında həyatını itirən Yunanıstanın əvvəlki baş naziri Konstantin Miçotakisin ailəsinə başsağlığı verib.

741710
Ərdoğan Miçotakisin ailəsinə başsağlığı verdi

   Mərhumun qızı və Yunanıstanın əvvəlki Xarici İşlər naziri Dora Bakoyanniyə dünən axşam zəng edən Ərdoğan Miçotakisin vəfatıyla bağlı bütün ailə üzvlərinə başsağlığını çatdırıb. 

  Xatırladaq ki, təxminən 50 il aktiv siyasətdə olan Miçotakis 1990-1993-cü illər arasında Yunanıstanın baş naziri olub. Onun dövründə Yunanıstan Avropada ortaq pul vahidi avronun həyata keçirilməsinin qarşısını açan, Avropa İttifaqı üzvü olan ölkələr üçün iqtisadi islahatlar gətirən 1991-ci il Maastrixt müqaviləsini imzalayıb. Miçotakis 1967-ci ildə qiyamçı hərbçilər (cunta) tərəfindən həbs olunmuş, amma qaçmağı bacararaq Türkiyəyə gəlmiş, 7 il bu ölkədə yaşamışdı. Miçotakisin qızı Dora Bakoyannis də atası kimi siyasətlə məşğul olub, 2006-2009-cu illər arasında Yunanıstanın Xarici İşlər naziri vəzifəsini icra edib.



Әlaqәli Xәbәrlәr