Preziden Ərdoğan AKP-nin qrup iclasında çıxış edib

Prezident və AKP-nin lideri Rəcəb Tayyib Ərdoğan, dünyaya çağırış edib ki, terrora qarşı mübarizə beynəlxalq razılaşma çərçivəsində edilsin.

742250
Preziden Ərdoğan AKP-nin qrup iclasında çıxış edib

Min 44 gün fasilədən sonra  AKP-nin qrup iclasında çıxış edən prezident Ərdoğan, Fətullahçi Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyi (fəto / PDY)-yə qarşı edilən mübarizəyə toxunub. Başda təşkilatın quldurbaşçısı Fəto olmaqla xaricdəki üzvlərin Türkiyəyə ekstradisiya edilməsini istəyib. Prezident: “Dünyaya müraciət edirəm, terror təşkilatı fəto mənsubu quldurların ekstradisiya edilməməsi halında, biz də vaxtı gəlib çatdıqda sizlərin tələblərinə biganə qalacayıq. Terrora qarşı mübarizədə lokal deyil, beynəlxalq razılaşma tətbiq olunmalı. FƏTO mənsublarını Türkiyəyə təhvil verməməniz halında biz də lazımlı addımları atmaqda onların vətəndaşlıqlarını ləğv etməkdə imtina etmiyəcəyik” deyib.

Türkiyənin terror təşkilatlarına qarşı mübarizədə əhəmiyyətli məsafə qət etdiyini ifadə edən prezident Ərdoğan: “Son 2 ayda 336 qulduru zərərsizləşdirən təhlükəsizlik qüvvələrimiz, 43 şəhid verib. Terror təşkilatının indiyə dək daxil olunmayan inlərinə girərək xeyli sayda sursat ələ keçirən və terroristlərə bölgədə daha gizlənmə imkanı verməyən təhlükəsizlik qüvvələrimizə minnətdarlığımı bildirirəm. Suriya və İraqdakı vətəndaş müharibəsi səbəbiylə doğma vətənlərini tərk etmək məcburiyyətində qalan 3 milyon nəfərə qucaq açan Türkiyə, bu  qardaşlarına  ötən il 5.6 milyard dollarlıq humanitar yardım  çatdıraraq bütün dünyanın nümunə götürəcəyi ölkə mövqeyinə qovuşmuşdur.



Әlaqәli Xәbәrlәr