Diyarbəkirdə PKK-ya qarşı anti-terror əməliyyatı davam edir

Diyarbəkirdə PKK terror təşkilatına qarşı 104 kənd və kiçik  yaşayış məntəqəsində PKK-ya qarşı anti-terror əməliyyatı davam edir.

742012
Diyarbəkirdə PKK-ya qarşı anti-terror əməliyyatı davam edir

Diyarbəkirdə PKK terror təşkilatına qarşı 104 kənd və kiçik  yaşayış məntəqəsində təhlükəsizlik qüvvəsindən 10 min 73 vəzifəlinin iştirakı ilə keçirilən “Bayraq-54 şəhid jandarma zabit Fuat Oğuzcan Birgə Birlik Əməliyyatı” davam edir.

Diyarbəkir Valiliyi tərəfindən yayılan bəyanatda bildirilib ki, bölgədə keçirilən əməliyyatda terror təşkilatı PKK-nı istiqamətləndirən quldurların da aralarında olduğu terrorçuların məhv edilməsi, təşkilat ilə narkotik maddə işlərilə məşğul olanlar arasında mövcud əlaqələrin dəqiq sübutlarla ortaya qoyulması və bunları gizlədənlərin ələ keçirilməsi, bölgədə yerləşən yaşayış məntəqələrində terror təşkilatı mənsublarına köməklik göstərənlərdən müəyyen edilənlərin və axtarılan şəxslərin yaxalanması qarşıya məqsəd qoyulub. Həmin məqsədlə 28 may yerli vaxtla saat 22.00-da başladılan əməliyyat davam etdirilir.

Əməliyyatda 18 komando dəstəsi, min 200 xüsusi təlim keçmiş polis əməkdaşı və min 457 kənd gözətçisi  olmaqla 10 min 73 təhlükəsizlik qüvvəsi iştirak edir. Bölgədəki axtarışlar zamanı müəyyən miqdarda silah-sursat da ələ keçirilib. Nakrotik maddə qaçaqçılığı işləri ilə məşğul olduğu şübhəsi ilə iki nəfər yaxalanıb, bir nəfər terror təşkilatına üzv olduğu iddiası ilə tutulub. Terrorçulara məxsus sığınacaq yeri məhv edilib. “Narko terrorla mübarizə” əməliyyatı çərçivəsində müəyyən miqdarlarda narkotik maddələrin də ələ keçirildiyi bildirilib.



Әlaqәli Xәbәrlәr