Türkiyәdә bir hәftә әrzindә 54 terrorçu mәhv edilib

Türkiyәdә  bir hәftә әrzindә  hәyata keçirilәn әmәliyyatlar nәticәsindә 54 terrorçu mәhv edilib.

741280
Türkiyәdә bir hәftә әrzindә 54 terrorçu mәhv edilib

Türkiyәdә  bir hәftә әrzindә  hәyata keçirilәn әmәliyyatlar nәticәsindә 54 terrorçu mәhv edilib.

Bu barәdә Daxili İşlәr Nazirliyindәn verilәn mәlumatda bildirilib. Mәlumata görә,  22-29 may tarixlәri arasında  terror tәşkilatlarına qarşı  483 әmәliyyat keçirilib.

Әmәliyyatlar nәticәsindә Fәtullahçı Terror Tәşkilatı Paralel Dövlәt İdarәçiliyi ( FETÖ/PDY) ilә әlaqәdә şübhәli bilinәn 128 nәfәr saxlanılıb.

Mәlumatda  terror tәşkilatı DEAŞ-la  әlaqәdә şübhәli bilinәn 43 nәfәrin tutulduğu qeyd olunub

Әmәliyyatla nәticәsindә hәmçinin solçu terror tәşkilatı ilә әlaqәdә olduğu  qiymәtlәndirilәn 23 nәfәr dә saxlanılıb.

Separatçı terror tәşkilatı  PKK-ya yardım etmәkdә şübhәli bilinәn 170 nәfәrin isә  nәzarәtә alındığı bildirilib.



Әlaqәli Xәbәrlәr