Türkiyə Əfqanıstan Milli Ordusunun hərbi bazasına qarşı törədilən terror aktını sərt şəkildə qınadı

Türkiyə Xarici işlər Nazirliyinin bəyanatında hücumda ilkin rəqəmlərə görə, 15 əsgərin həyatını itirdiyi dərin hüznlə bildirilir.

740288
Türkiyə Əfqanıstan Milli Ordusunun hərbi bazasına qarşı törədilən terror aktını sərt şəkildə qınadı

Türkiyə Əfqanıstanın Kandahar Vilayətində Əfqanıstan Milli Ordusuna məxsus bazaya qarşı həyata keçirilən terror hücumunu sərt şəkildə qınadı.
 
 Türkiyə Xarici işlər Nazirliyinin bəyanatında hücumda ilkin rəqəmlərə görə, 15 əsgərin həyatını itirdiyi dərin hüznlə bildirilir.
 
Bəyanatda Türkiyənin Əfqanııstan hökumətinin terrorla mübarizəsinə, Əfqanıstanda sülh və əmin-amanlığı bərqərar etmə səylərinə dəstəyini davam etdirəcəyi vurğulanır, terror hücumunda həyatını itirənlərə Allahdan rəhmət istənir, Əfqanıstan hökumətinə və qardaş əfqan xalqına dərin hüznlə başsağlığı verilir, yaralananlara təcili şəfa arzulanır.
 



Әlaqәli Xәbәrlәr