“Yoldaşlarınız terrorçulara ən ağır cəzanı verdi”, S.Soylu

Ağrı, Hakkari və Şimali İraqda ümumi halda 37 terrorçu zərərsizləşdirilib.

739536
“Yoldaşlarınız terrorçulara ən ağır cəzanı verdi”, S.Soylu

  Türkiyənin Ağrı şəhər Jandarma Özəl Hərəkat qüvvələri tərəfindən separatçı terror təşkilatı PKK-ya qarşı əməliyyatda 29 terrorçu zərərsizləşdirilib.

  Vanın Tendürek çölündə terrorçular yolu kəsərək maşını alovlandırdıqdan sonra əməliyyat başlayıb. İzlənilən terrorçularla çıxan qarşıdurmada 3 əsgər və 1 meşəbəyi şəhid olub, 4 əsgər yaralanıb. Təhlükəsizlik qüvvələri terrorçuları sona qədər təqib edib, PKK-nın 29 terrorçusunu zərərsizləşdirib.

  Hakkarinin Şəmdinli qəsəbəsinin Koçtepe tərəfində də terrorçularla qarşıdurma yaranıb, bir əsgər şəhid olub, iki terrorçu susdurulub.

  İraqın şimalındakı Metina bölgəsinə təşkil edilən hava hərəkatında isə 6 terrorçu zərərsizləşdirilib.

  Beləliklə, Ağrı, Hakkari və Şimali İraqda ümumi halda 37 terrorçu zərərsizləşdirilib.

  Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu ictimai media üzərindən şəhidlərlə bağlı bu sözləri paylaşıb: "Tendürek şəhidləri, qanınız yerdə qalmadı: bu gün yoldaşlarınız terrorçulara ən ağır cəzanı verdi, ruhunuz şad olsun..."



Әlaqәli Xәbәrlәr