ABŞ-ın həqiqətdən uzaq və tərəfli qərarına Türkiyənin münasibəti

Türkiyə Amerika Birləşmiş Ştatları (ABŞ) Nümayəndələr Məclisində ölkə başçısı Rəcəb Tayyib Ərdoğanın Amerikaya səfəri zamanı Türkiyənin ABŞ səfirliyi qarşısındakı meydanda yaşanan hadisələrlə bağlı qərarına reaksiya göstərib.

739527
ABŞ-ın həqiqətdən uzaq və tərəfli qərarına Türkiyənin münasibəti

  Türkiyə Xarici İşlər Nazirliyi bu qərarı "həqiqətdən uzaq və tərəfli” adlandırıb. Nazirliyin yazılı şərhində bildirilir: "Tələm-tələsik səs verilərək qəbul edilən bu qərara etiraz edirik. R.T.Ərdoğanın ABŞ səfəri zamanı Türkiyənin Amerika səfirliyi qarşısındakı meydanda baş verən hadisələr zamanı, Türkiyə rəsmiləri tərəfindən edilən saysız müraciətlərə baxmayaraq, lazımi təhlükəsizlik tədbirləri görülmədi. ABŞ başqa yerlərdə möhkəm təhlükəsizlik tədbirləri gördüyü halda səfirlik meydanı qarşısında bu işi görmədi."

  Nazirliyin sözçüsü Hüseyn Müftüoğlu ABŞ-ın bu davranışının izahı olmadığını söyləyərək deyib: "Mövzunu fərqli tərəfə çəkmə məqsədiylə ABŞ Nümayəndələr Məclisində gündəmə gətirilən bu məsələ qanunvericilik prosesi içində təhlil edilməlidir. Biz bu prosesi yaxından təqib edəcəyik. Türkiyə - ABŞ liderlərinin görüşünü kölgə altına qoymaq niyyətinin pozulacağına ümid edirik."



Әlaqәli Xәbәrlәr