"Bu zirvə toplantısı bir dönüş nöqtəsi oldu", R.T.Ərdoğan

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan İstanbulda reallaşan Beynəlxalq Humanitar Zirvə toplantısının bir yaşı münasibətilə mesaj verib.

737887
"Bu zirvə toplantısı bir dönüş nöqtəsi oldu", R.T.Ərdoğan

  Ərdoğan 23 – 24 may 2016-cı il tarixində keçirilmiş həmin sammitin Birləşmiş Millətlər Təşkilatı tarixində rekord sayda iştirakçı və uğurla keçdiyinə işarə edərək belə deyib: “İstanbulda keçirilən ilk Beynəlxalq Zirvə toplantısı təbii fəlakətlər, münaqişələr, qıtlıq və humanitar böhranlarla mübarizədə daha təsirli və qalıcı yollar tapmaq axtarışında bir dönüş nöqtəsi oldu. Suriya və İraqdakı qarşıdurmalardan qaçan 3 milyon qaçqına 6 ildir ev sahibliyi edən Türkiyə sammit zamanı verilən öhdəliklərin sözdə qalmaması və həyata keçməsi üçün çox səy göstərir. Bu gün dünyada 125 milyon insanı təsiri altına alan problemlərin həll üçün, başda Avropa ölkələri olmaqla, iqtisadi imkanları daha çox inkişaf etmiş dövlətlərin də məsuliyyət daşıması şərtdir. Türkiyə olaraq İstanbul Zirvəsində qoyulan məsələlərin öz həllini tapmasına böyük əhəmiyyət verir, bütün BMT üzvü olan ölkələri, beynəlxalq təşkilatları və humanitar yardım sisteminin tərəflərini öhdəlikləri yerinə yetirməyə dəvət edirik''.



Әlaqәli Xәbәrlәr