Türkiyə İngiltərədə törədilən terror hücumunu pislədi

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan İngiltərənin Manchester şəhərində dünən gecə törədilən və çox sayda insanın həyatını itirdiyi terror hücumunu pisləyib.

737555
Türkiyə İngiltərədə törədilən terror hücumunu pislədi

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan İngiltərənin Manchester şəhərində dünən gecə törədilən və çox sayda insanın həyatını itirdiyi terror hücumunu pisləyib.

İstanbulda təşkil edilən tədbirdə çıxış edən Ərdoğan bildirib ki,  ingilis xalqının kədərini bölüşürük.

Xarici İşlər Nazirliyinin mövzu ilə əlaqəli bəyanatında qeyd edilib ki, terror bəlasına qarşı bu bəlanı ortaya çıxaran hər məsulun kökünü hər yerdən kəsmək üçün yaxın dostumuz və müttəfiqimiz Birləşmiş Krallıq ilə birlikdə apardığımız qətiyyətli və təsirli mübarizəni çiyin-çiyinə davam etdirəcəyik. Manchesterdəki xain hücuma verəcəyimiz ən yaxşı ortaq cavab bu olacaq.

Xarici işlər naziri Mövlud Çavuşoğlu terror hücumunda həyatını itirənlər üçün İngiltərəyə başsağlığı verib.

Çavuşoğlu özünün “Twitter” hesabında bildirib ki, Manchesterdə törədilən terror hücumunu qınayır, İngilis hökumətinə və xalqına başsağlığı diləyirəm.

Dövlət başçısının sözçüsü İbrahim Kalın da özünün “Twitter” hesabında qeyd edib ki, Manchesterdə törədilən terror hücumunu  sərt şəkildə pisləyir, həyatını itirənlər üçün başsağlığı diləyirəm. Türkiyə və İngiltərə terrora qarşı birgə və qərarlı mübarizəsini davam etirəcəkdir.

Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu da başsağlığı mesajını Twitter hesabından paylaşıb.

Terrorun bir dəfə daha günahsız insanların həyat tərzini hədəf götürdüyünü ifadə edən Kılıçdaroğlu bildirib ki, Manchesterdəki hücumu lənətləyir və İngilis xalqına başsağlığı diləyirəm



Әlaqәli Xәbәrlәr