R.T.Әrdoğan Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının  25-ci sammitində çıxış edib

Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının  25-ci sammiti İstanbulda keçirilib.

736617
R.T.Әrdoğan Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının  25-ci sammitində çıxış edib

Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının  25-ci sammiti İstanbulda keçirilib.

Sammitdә açılış nitqi ilә çıxış edәn Türkiyәnin dövlәt başçısı Rәcәb Tayyib Әrdoğan: ‘‘Ticarәtin vә investisiya mühitinin rahat olmasının  әsas şәrti sabitlikdir. Qara dәniz bölgәsinin sülh, sabitlik vә rifah  içindә inkişaf etmәsi hamımızın mәramı olmalıdır. Türkiyә olaraq  ölkәmizә maraq göstәrәn  bütün beynәlxalq investorlara hәr növ dәstәyi veririk’’ deyә qeyd edib.

‘‘Bu gün  bizә bu tәşkilatın әn böyük uğuru nәdir?  deyә soruşsalar dünyada problemlərin ən çox olduğu coğrafiyalardan birindә  bölgә ölkәlәrini eyni masa әtrafında bir araya gәtirmәk qabiliyyәtidir deyәrdim. Bölgә ölkәlәri arasında әlbәttә ki,  bir sıra  siyasi hәtta hәrbi problemlәr ola bilәr. Biz, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatını bu problemlərdən nə qədər kənarda tuta bilsәk, o qədər səmərəli fәaliyyәt göstәrmәsini tәmin edә bilәrik’’, - deyә Türkiyәnin dövlәt başçısı vurğulayıb.

Rәcәb Tayyib Ərdoğan: ‘‘Yeni ildәn etibarәn sәdrlik etdiyimiz   Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv bütün dövlətlərə qarşı ədalətli, tərəfsiz və balanslı olmağa çalışırıq. Bu gün qəbul edəcəyimiz zirvə bəyannaməsinin layihəsini hazırlayarkən də bütün üzv dövlətlərin həssaslıqlarını nəzərə almağa  çalışdıq’’ deyә qeyd edib.



Әlaqәli Xәbәrlәr