ABŞ təhlükəsilik qüvvələri diplomatik qaydalara düzgün riayət etmədi

Ölkə başçısı Rəcəb Tayyib Ərdoğanın 16 mayda Vaşinqton səfəri zamanı Amerika təhlükəsizlik qüvvələrinin qoruma zəifliyinə Türkiyə etirazını bildirdi.

737017
ABŞ təhlükəsilik qüvvələri diplomatik qaydalara düzgün riayət etmədi

    Xarici İşlər Nazirliyinə çağırılan Amerika Birləşmiş Ştatlarının Türkiyə səfirinə mövzuyla əlaqədar şifahi və yazılı etiraz çatdırılıb.

  Notada R.T.Ərdoğana ABŞ gəzintisində yoldaşlıq edən Xarici İşlər naziri Mövlud Çavuşoğlunun mühafizə dəstəsinə qarşı diplomatik qayda və qanunlara riayət edilmədiyi, professionallığa zidd davranış müşahidə edildiyi, Amerika mövqelərinin bu hadisənin istintaqını aparmalı olduğu tələb edilib.

  Xarici İşlər Nazirliyinin ABŞ səfiri ilə görüşündə qeyd olunub ki, Türkiyə dövlət başçısı Vaşinqtonda olduğu zaman Amerikada təhlükəsizlik tədbirlərinin hər mərhələdə zəifliyi nəzərə çarpıb. Bununla belə iki liderin görüşü hər baxımdan uğurlu keçib.



Әlaqәli Xәbәrlәr