Ərdoğan:"Terror təşkilatlarına mədhiyyələr oxumanın fikir azadlığı ilə əlaqəsi yoxdur"

Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda İbn Haldun Universitetinin rəsmi açılış mərasimində söylədi.

736031
Ərdoğan:"Terror təşkilatlarına mədhiyyələr oxumanın fikir azadlığı ilə əlaqəsi yoxdur"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda İbn Haldun Universitetinin rəsmi açılış mərasimində çıxış etdi, ali təhsildə uzun illər boyu tələbələrin öz köklərindən uzaq tutulduğunu, bu vəziyyətin mədəni intihar olduğunu bildirdi.

 Türkiyə prezidenti:"Keçmişi hüquq və azadlıqların qətliamları ilə dolu olanların bizə dərs verməsi komikdir" dedi, mübarizəlnin fərqli düşüncələrə qarşı deyil, terrora, terror təşkilatlarına və bu cinayət şəbəkələrini sözlə və fikirlə silahlandıranlara qarşı olduğunu qeyd etdi.
 

Ərdoğan dünyanın heç bir ölkəsində terror təşkilatlarının təbliğinin fikir azadlığı çərçivəsinə daxil edilmədiyini vurğuladı: "Heç bir mədəni dövlət terror təşkilatlarının universitetlərdə yuva salmasına, universitetləri təlim düşərgələrinə çevirməsinə icazə verməz. Silah, molotov və zorakılıq heç vaxt haqqın axtarışı vasitəsi ola bilməz. Terror təşkilatlarına mədhiyyələr oxumanın fikir azadlığı ilə əlaqəsi yoxdur" dedi.
 
 Prezident Ərdoğan gələcəyin Türkiyəsini yüksək potensiala malik, özünəinamlı gəncliklə inşa edə biləcəklərini söylədi.



Әlaqәli Xәbәrlәr