İbrahim Kalın R.T. Әrdoğan vә D.Tramp arasında baş tutan görüşә dair mәlumat verib
Türkiyә Prezident Aparatının sözçüsü İbrahim Kalın dövlәt başçısı Rәcәb Tayyib Әrdoğan vә ABŞ prezidenti Donald Tramp arasında baş tutan görüşdә PKK ilә DEAŞ başda olmaqla terror tәşkilatları ilә mübarizә mәsәlәsinin müzakirә olunduğunu deyib.
![İbrahim Kalın R.T. Әrdoğan vә D.Tramp arasında baş tutan görüşә dair mәlumat verib](http://cdn.trt.net.tr/images/xlarge/rectangle/3397/fe4f/48f4/591bc913ce5bb.jpg?time=1718865208)
Türkiyә Prezident Aparatının sözçüsü İbrahim Kalın dövlәt başçısı Rәcәb Tayyib Әrdoğan vә ABŞ prezidenti Donald Tramp arasında baş tutan görüşdә PKK ilә DEAŞ başda olmaqla terror tәşkilatlarıyla mübarizә mәsәlәsinin müzakirә olunduğunu deyib.
İbrahim Kalın dövlәt başçısı Rәcәb Tayyib Әrdoğanın dünәn Donald Trampla Ağ Evdә tәkbәtәk vә heyәtlәrarası keçirdiklәri görüşlәri ilә bağlı mәlumat verib.
Prezident Aparatının sözçüsü görüşlәrdә Türkiyә-ABŞ münasibәtlәrinin strateji әhәmiyyәtinin vurğulandığını qeyd edib.
İqtisadiyyat, ticarәt vә müdafiә sahәlәrindә atılacaq addımların qiymәtlәndirildiyini bildirәn İbrahim Kalın: ‘‘PKK vә DEAŞ başda olmaqla terror tәşkilatlarıyla mübarizә mәsәlәsi müzakirә olunub’’ deyib.
İbrahim Kalın görüşdә hәmçinin Fәtullahçı Terror Tәşkilatına (FETÖ) qarşı atılacaq addımlar, İraq vә Suriyadakı proseslәrin dә müzakirә olunduğunu vurğulayıb.
Әlaqәli Xәbәrlәr
![Türkiyə prezidenti ilə Ermənistan Baş naziri arasında telefon danışığı oldu](http://cdn.trt.net.tr/images/medium/rectangle/17dc/85c7/62ef/667274aa8f555.jpg?time=1718865209)
Türkiyə prezidenti ilə Ermənistan Baş naziri arasında telefon danışığı oldu
Türkiyə Prezident Administrasiyası İctimaiyyətlə Əlaqələr Departamentinin məlumatına görə ...
![Türkiyə Azərbaycanın gələcəyinə təmiz nəfəsi artırır](http://cdn.trt.net.tr/images/medium/rectangle/6e67/9b77/98a9/66716af7bff4b.jpg?time=1718865209)
Türkiyə Azərbaycanın gələcəyinə təmiz nəfəsi artırır
Göndərilən tinglər Qarabağ və paytaxt Bakıda torpağa qovuşacaq