Artıq Türkiyə və Ukrayna vətəndaşları bir-birinə vizasız gedə biləcək

Ukrayna Nazirlər Kabineti Türkiyə ilə Ukrayna arasında iki ölkə arasında pasportsuz - yeni şəxsiyyət vəsiqəsilə qarşılıqlı səyahət imkanı təmin edəcək müqaviləni təsdiqlədi.

734424
Artıq Türkiyə və Ukrayna vətəndaşları bir-birinə vizasız gedə biləcək

  Qeyd edək ki, Türkiyə Respublikası Hökuməti ilə Ukrayna Nazirlər Kabineti arasında Vətəndaşların Qarşılıqlı Səyahətlərinə dair Saziş 14 mart 2017-ci il tarixində Ankarada Xarici İşlər Nazirliyi Konsulluq İşləri Ümumi Şöbəsində imzalanmışdı.

  Artıq şəxsiyyət vəqisələrilə Ukrayna və Türkiyə vətəndaşları iki ölkə torpaqlarına daxil ola, çıxa, tranzit keçid edə və bu ölkələrdə 90-180 gün vizasıa qala biləcəklər.

  Ukrayna hökuməti rəsmi internet saytında verdiyi məlumatda razılaşmanın ölkələr arasındakı ikitərəfli əlaqələrin inkişaf etdirilməsinə və sosial, iqtisadi, mədəniyyət, humanitar sahələrdə yardımçı olacağını bildirib.



Әlaqәli Xәbәrlәr