ABŞ-da yaşayan Türklər Donal Trumpa açıq məktub yazdılar

"Washington  Post" qəzetinin arxa səhifəsində dərc olunan məktubda Türk-Amerikan İstiqamətləndirmə Komitəsi (TASC) prezident Trumpa prezident  Rəcəb Tayyib Ərdoğanla keçirəcəyi görüş ərəfəsində xəbərdarlıq etdi.

733635
ABŞ-da yaşayan Türklər Donal Trumpa açıq məktub yazdılar

      Amerika Birləşmiş Ştatlarında 150-yə  yaxın Türk-Amerikan qeyri-hökumət təşkilatını birləşdirən İstiqamətləndirmə Komitəsi FətullahçıTerror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin (FETÖ/PDY) başçısı Fətullah Gülənin ekstradisiyası və separatçı terror təşkilatı PKK-nın Suriya qolu YPG-yə dəstək verilməməsi ilə əlaqədar ABŞ prezidenti Donald Trumpa açıq məktub yazdı.
 
   "Washington  Post" qəzetinin arxa səhifəsində dərc olunan məktubda Türk-Amerikan İstiqamətləndirmə Komitəsi (TASC) prezident Trumpa prezident  Rəcəb Tayyib Ərdoğanla keçirəcəyi görüş ərəfəsində xəbərdarlıq etdi.
 
    Məktubda iki ölkə arasındakı əlaqələrin siyasi, hərbi və iqtisadi sahələrdə 65 ildən çox  davam etdiyinə vurğu edilir, Koreyada, Əfqanıstanda, Somalidə, Makedoniyada, Bosniya və Herseqovinada, Kosovoda ABŞ və Türkiyənin çiyin-çiyinə mübarizə edərək həll yollarını birgə axtardıqları ifadə edilir.
 
 Türkiyədəki 15 iyul qanlı dövlət çevrilişi cəhdində Türkiyə ordusunun içinə sızmış bir qrup FETÖ üzvünün Türk xalqına qarşı silah qaldırdığı bildirilən məktubda: " 250-yə yaxın günahsız insan həyatını itirdi, parlament binası bombalandı. Bu insanlar əmrləri Türkiyə ordusundan almırdılar. Bunlar ABŞ-da bir çox müqaviləli məktəbləri, dinlərarası dialoq təşkilatları olan hiyləgər qrup olan FETÖ-nün üzvləri idi. Amerikalıları çox diqqətli olmaları üçün xəbərdar edirik" deyilir.
 
 Məktubda Suriya məsələsinə də toxunulur, Türkiyənin terror təşkilatları DEAŞ-a və YPG-yə qarşı mübarizəsindən danışılır.
 
 DEAŞ və PKK-nın ABŞ-a görə terror təşkilatları olduğu ifadə edilən məktubda PKK-nın YPG/PYD adı ilə fəaliyyət göstərdiyi qeyd edilir.
 
 Açıq məktubda, eyni zamanda,Türkiyənin 3 milyondan çox suriyalı qaçqına ev sahibliyi etdiyi xatırladılır, fərqli mədəni və etnik köklərə malik insanların birlikdə yaşadığı Türkiyənin bölgə üçün əhəmiyyətli nümunə təşkil etdiyi vurğulanır.



Әlaqәli Xәbәrlәr