2017-ci il "Türk Dili İli" elan edildi

Türkiyə Nazirlər Kabinetinin  "Dilimiz Mənliyimizdir" başlıqlı sərəncamı ilə 2017-ci il  "Türk Dili İli" elan edildi.

733651
2017-ci il "Türk Dili İli" elan edildi

      Türkiyə Nazirlər Kabinetinin  "Dilimiz Mənliyimizdir" başlıqlı sərəncamı ilə 2017-ci il "Türk Dili İli" elan edildi.
 
      Sərəncam Rəsmi Qəzetdə dərc olundu.
 
      Türk dilinin dünyanın ən zəngin dillərindən biri və milli mənliyin əsas ünsürü olduğu bildirilən sərəncamda:"Türk dilimizi qorumaq, yaşatmaq, zənginləşdirmək və gələcək nəsillərə ötürmək, bu günümüzü və sabahımızı yeni bir şüurla qurmaq həm dövlət qurum və təşkilatlarının, həm də  cəmiyyətin bütün təbəqələrinin vəzifəsidir" deyilir.
 
      Eyni zamanda, sərəncamda:" Dilimiz Mənliyimizdir" başlığı ilə elan edilən "2017- Türk Dili İli"nin məqsədinə nail olması üçün Atatürk Mədəniyyət, Dil və Tarix Ali Qurumu və ona bağlı Türk Dil Qurumunun rəhbərliyi altında, başda Elm, Sənaye və Texnologiya Nazirliyi, Gənclər və İdman Nazirliyi, Daxili İşlər Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Milli Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Ali Təhsi İdarəsi, Radio Televiziya  Qurumu, Türkiyə Radio Televiziya Qurumu, yerli icra hakimiyyətləri olmaqla, bütün dövlət müəssisə və təşkilatları, qeyri-hökumət təşkilatları və mətbuat orqanları dilimizdən düzgün və yerində istifadəsinə  lazımi diqqət və qayğı göstərən işlərə fəal şəkildə qoşulacaqlar" deyildi.



Әlaqәli Xәbәrlәr