Binəli Yıldırım:"Türkiyə bölgədə, dünyada fəal mövqe əldə edir"

Türkiyənin baş naziri İngiltərənin paytaxtı Londonda keçirilən Sonmali konfransında iştirakından sonra Türkiyəyə dönərkən təyyarədə açıqlamalar verdi.

731980
Binəli Yıldırım:"Türkiyə bölgədə, dünyada fəal mövqe əldə edir"

Türkiyənin baş naziri Binəli Yıldırım Amerika Birləşmiş Ştatlarının müdafiə naziri  James Mattisin ABŞ-ın YPG-yə ağır silah yardımına dair açıqlama verməyə çətinlik çəkdiyini dedi.
 
Yıldırım: "Bizim üçün PKK,  YPG və  PYD eynidir. Siz PKK-nı terror təşkilatı olaraq qəbul edirsinizsə, o biriləri də bunun eynisidir. Bir terror təşkilatı ilə əməkdaşlıq edib, başqa terror təşkilatı olan DEAŞ-ı məhv etmək ABŞ  kimi NATO üzvü və Türkiyənin müttəfiqi olan bir ölkəyə yaraşmaz. Bunu eyni şəkildə onlara bildirdik" dedi.
 
 Türkiyənin baş naziri İngiltərənin paytaxtı Londonda keçirilən Somali konfransında iştirakından sonra Türkiyəyə dönərkən təyyarədə açıqlamalar verdi.
 
 Binəli Yıldırım Somalidə Türkiyənin gördüyü işlərdən danışaraq ölkənin qeyri-hökumət təşkilatlarının və özəl sektorun Somaliyə 1 milyard dollara yaxın yardım etdiyini bildirdi.
 
 Baş nazir  Türkiyə Almaniya əlaqələrinə də  toxunaraq:"Türkiyə bölgədə, dünyada fəal mövqe əldə edir. Almaniya-Türkiyə münasibətləri asanlıqla pozula bilən münasibətlər deyil. Bu münasibətlə həm bizim, həm də onlar üçün əhəmiyyətlidir"dedi.



Әlaqәli Xәbәrlәr