R.T.Әrdoğan “Bir kəmər-bir yol” adlı forumunun açılış mәrasimindә iştirak edib

Çinә sәfәr edәn Türkiyәnin dövlәt başçısı Rәcәb Tayyib Әrdoğan Çin Milli Konqres Mәrkәzindә keçirilәn  “Bir kəmər-bir yol” adlı forumunun açılış mәrasimindә  iştirak edib.

731719

Mәrasimdә çıxış edәn dövlәt başçısı   “Bir kəmər-bir yol” təşəbbüsünün  bura cəlb edilən ölkələrin inkişafına mühüm töhfə verəcәyini  bildirib.

Rәcәb Tayyib Ərdoğan  hökumətlərarası əməkdaşlığın təşviq edilməsinin siyasi mәnada güclü həmrəyliyin  yaranmasına  imkan verəcəyini ifadə edib.

Rәcәb Tayyib Әrdoğan  60-dan çox ölkəni əhatə edən ‘‘Yeni İpək Yolu’’ layihәsinin  təxminən 40 milyon kvadrat kilometrlik  sahəni  әhatә etdiyini bildirib.

Rәcәb Tayyib  Ərdoğan “Bir kəmər-bir yol” təşəbbüsünün  qarşılıqlı faydalanma prinsipinə əsaslanndığını deyib.

Ərdoğan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin bir neçə aya fəaliyyətə başlaması  ilә  orta dəhlizin mühüm bir hissәsinin  tamamlanacağını vurğulayıb.

Әlaqәli Xәbәrlәr