Türkiyə Pakistanda törədilən hücumu qınayıb

Türkiyə Pakistanın Bəlucistan əyalətində ölkə senatının sədr müavini Mevlana Abdul Qaffar Haydarinin maşınına təşkil edilən terror hücumunu qınayıb.

731408
Türkiyə Pakistanda törədilən hücumu qınayıb

  Türkiyə Xarici İşlər Nazirliyindən verilən yazılı məlumatda deyilir: “Hücum zamanı 25 nəfər həyatını itirib. Bu mənfur terror hərəkətini qınayır, dost və qardaş Pakistan hökuməti və xalqına səbir diləyirik. Hücumda həyatını itirənlər üçün “Allahdan rəhmət etsin” deyir, ailələrinə başsağlığı verir, Pakistan Senatının sədr müavini və digər yaralılara şəfa arzulayırıq."



Әlaqәli Xәbәrlәr