Numan Kurtulmuş TRT-yə təşəkkür etdi

Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş Türkiyə Radio Televiziya Qurumuna (TRT) fərqli dillərdəki yayımları ilə Türkiyənin fikirlərini, görüşlərini dünyaya ən gözəl şəkildə çatdırdığı üçün təşəkkür etdi.

731167
Numan Kurtulmuş TRT-yə təşəkkür etdi

Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş İstanbul Universiteti tərəfindən İstanbul Konqres Mərkəzində "İntellektual İqtisadiyyat və İnnovasion Sahibkarlıq üçün İslahatlar" başlığı ilə təşkil olunan "II Ümumdünya Texnologiya, İnnovasiya və Sahibkarlıq Konfransı"nda çıxış etdi.

Çıxışından sonra TRT stendinə yaxınlaşaraq burada sualları cavablandıran Kurtulmuş TRT-nin Türkiyənin üzünü ağardan dövlət yayımı təşkilatı olduğunu və texnoloji inkişafla ayaqlaşdığını qeyd etdi.

 Stendə  4K texnologiyası ilə həyata keçirilən yayıma baxan Kurtulmuş TRT-nin fərqli dillərdə və fərgli bölgələrdən hazirladığı verilişləri ilə Türkiyənin fikirlərini, görüşlərini dünyadakı Türk diasporasına və Türkiyənin dostlarına çatdırılmasını təmin etdiyini bildirdi.

Baş nazirin müavini TRT-nin, eyni zamanda, ölkə daxilində baş verənləri ictimaiyyətlə bölüşmək, bu hadisələri xəbərə çevirmək, Türkiyənin dəyərlərini, tarixini xalqa xatırlatmaq, öyrətmək kimi bir məsuliyyətin daşıyıcısı olduğunu vurğuladı.

TRT-nin gələcək fəaliyyətlərində daha güclü və dünyanın əhəmiyyətli televiziya və radio qurumlarından biri olacağını ifadə edən Kurtulmuş: "Yeni texnologiyanı bu qədər ardıcıl şəkildə tətbiq etdiyinə görə TRT-yə xüsusi təşəkkür edirəm" dedi.

 

 

 



Әlaqәli Xәbәrlәr