Londonda keçirilən görüş dürüst, şəffaf və səmərəli olmuşdur
ABŞ-ın Müdafiə naziri Cim Mattis Türkiyənin terror təşkilatı PKK-ya qarşı mübarizəsinə dəstək verdiklərini bildirib.
“Türkiyənin Baş naziri Binali Yıldırım ilə Londonda keçirdiyim görüş dürüst, şəffaf və səmərəli olmuşdur"
Bunu ABŞ-ın Müdafiə naziri Cim Mattis ölkəsinin hərbi təyyarəsində jurnalistlərə verdiyi açıqlamada deyib.
ABŞ-ın terror təşkilatı PKK/PYD-yə silah yardımı ilə əlaqəli Türkiyənin narahatlıqlarını qəbul etdiyini dilə gətirən Mattis Türkiyənin terror təşkilatı PKK-ya qarşı mübarizəsinə dəstək verdiklərini bildirib.
Mattis qeyd edib ki, ABŞ və Türkiyənin bu problemin öhdəsindən, Türkiyənin təhlükəsizliyinə, NATO-nun təhlükəsizliyinə və terror təşkilatı DEAŞ-a qarşı davam etdirilən əməliyyata lazım olan əhəmiyyəti verərək gələ biləcəyindən şübhəm yoxdur.
Cim Mattis terror təşkilatı PKK-ya heç vaxt silah vermədiklərini, heç bir zaman da verməyəcəklərini irəli sürüb.
Baş nazir Binali Yıldırım ilə İngiltərə və BMT-nin ev sahibliyi ilə təşkil edilən Somali Konfransı üçün getdiyi Londonda görüş keçirən ABŞ-ın Müdafiə naziri Mattisin ölkəsinin NATO müttəfiqi Türkiyəni qorumağa olan bağlığını təsdiq etdiyi bildirilmişdi.
Әlaqәli Xәbәrlәr
Türkiyədə İbrahim Rəisinin ölümü ilə əlaqədar birgünlük matəm elan edilib
Prezident Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra açıqlamalar verib.