Türkiyə ilk raketini sınaqdan keçirdi

"Türkiyə artıq öz raketini yaratma qüdrətinə sahib oldu. Bununla qürur duyuruq", F.İşık

730534
Türkiyə ilk raketini sınaqdan keçirdi

  Türkiyə Milli Müdafiə naziri Fikri İşıq ölkənin ilk iri çaplı raketi “Bora”nın Sinopda müvəffəqiyyətlə test edildiyini açıqladı.

  Yerli və milli silahların nümayiş etdirildiyi “IDEF 2017” sərgisində jurnalistlərin suallarını cavablandıran nazir deyib:

  "Sinopda 280 km. mənzilli “Bora” raketimiz sınaqdan keçirildi. Sınaq Qaradənizdə uğurla həyata keçirildi. Türkiyə artıq öz raketini yaratma qüdrətinə sahib oldu. Bununla qürur duyuruq".

  Qeyd edək ki, Roketsan tərəfindən inkişaf etdirilən “Bora” 610 mm. çaplı, ağırlığı 2500 kq. və döyüş başlığı 450 kq. olan mərmidir və mobil nisbəti 50 metrdir. Raket “at və uzaqlaş” taktikasını uğurla həyata keçirir.



Әlaqәli Xәbәrlәr