Türkiyə Ədliyyə Nazirliyinin nümayəndə heyətinin ABŞ-da Gülənin ekstradisiyasına dair görüşü oldu

Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ ilə birlikdə  Amerika Birləşmiş Ştatlarına gedən Ədliyyə Nazirliyinin nümayəndə heyətinin ABŞ tərəfi ilə Fətullahçı Terror Təşkilatının (FETÖ) başçısı Fətullah Gülənin ekstradisiyası məsələsinə dair görüşü oldu.

729058

 Nazirlik rəsmilərinin verdiyi məlumata görə, Ədliyyə Nazirliyi Beynəlxalq Hüquq və Xarici Əlaqələr üzrə baş direktorunun müavini Faris Karakın rəhbərlik etdiyi nümayəndə heyətinin paytaxt Washingtondakı görüşü təxminən 4 saat davam edib.
 
Görüşdə FETÖ istintaqını aparan Ankara Respublika Baş Prokurorluğunun 3 prokuroru da  iştirak edib. Gülənin ekstradisiya prosesilə bağlı bütün məsələlər texniki detalları ilə birlikdə müzakirə olunub,Türkiyə tərəfi  ABŞ tərəfinə hüquqi çərçivə ilə bağlı məlumatlar verib.

Әlaqәli Xәbәrlәr