Ərdoğan:"Biz dost və qardaş ölkələrin başında xalqına xidmət edən rəhbərlərin olmasını istəyirik"

Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi səfərlə getdiyi Küveytdə dilə gətirdi.

729054
Ərdoğan:"Biz dost və qardaş ölkələrin başında xalqına xidmət edən rəhbərlərin olmasını istəyirik"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kuveyt Beynəlxalq Hava Limanının yeni terminal binasının təməlqoyma mərasimində çıxış edərək:"Biz dost və qardaş ölkələrin başında xalqına zülm edən deyil, xalqına xidmət edən rəhbərlərin olmasını istəyirik. Könlümüzün ayrılmaz bir hissəsi kimi gördüyümüz ölkələrin zalımlar tərəfindən məhvinə deyil, iradəli və ədalətli liderlər tərəfindən abadlığına şahidlik etmək istəyirik" dedi.
 
 "Dünyanın əmin-amanlığı regionun sabitliyinə, regionumuzun sabitliyi da bizim qətiyyətli mövqeyimizə bağlıdır" deyən Ərdoğan: "Türkiyə və Kuveytin bölgəmizdəki problemlərin həlli stiqamətindəki  əməkdaşlığı, qəlbimizi yaralayan hadisələrin qarşısının alınmasını təmin edəcək, mühüm irəliləyişlərin qapısını açacaqdır" şəklində danışdı.
 
 Türkiyə prezidenti Küveyt Əmiri Şeyx Sabah əl-Əhməd əl-Cabir əl-Sabah  ilə görüşdü.
 
 Görüşdə Küveyt ilə ikitərəfli əlaqələr, regional və beynəlxalq məsələlər müzakirə olundu.
 
 Sonra dövlət başçısı və onu səfərdə müşayiət edən xarici işlər naziri Mövlud Çavuşoğlu, iqtisadiyyat naziri Nihat Zeybəkci, enerji və təbii qaynaqlar naziri Berat Albayrak, nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan  Ankaraya döndülər.



Әlaqәli Xәbәrlәr