Ən qısa zamanda məhkəməyə verilməlidir

Türkiyənin Ədliyyə naziri Bəkir Bozdağ Fətullahçı Terror Təşkilatının başçısı Fətullah Gülənin qaytarılmasıyla əlaqədar Amerika Birləşmiş Ştatlarının (ABŞ) paytaxtı Vaşinqtonda olub.

728198
Ən qısa zamanda məhkəməyə verilməlidir

  Amerikalı həmkarı Cef Seşns (Jeff Sessions) ilə 45 dəqiqə davam edən görüşündən sonra Türkiyə Ədliyyə naziri yazılı şərh yayıb. Bəkir Bozdağın bildirdiyinə görə, görüşdə Türkiyə tərəfəindən Gülənin həbsi və qaytarılmasıyla bağlı qovluqların ən qısa zamanda məhkəməyə verilməsi istənilib.

  Ədliyyə Nazirliyindən verilən məlumata görə, Bozdağ-Seşns görüşü müsbət abu-havada keçib.

  Xatırladaq ki, 16-17 may tarixlərində ABŞ prezidenti Donald Trampla Vaşinqtonda görüşəcək Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın ana gündəm maddələri arasında FETÖ başçısı Fətullah Gülənin də qaytarılma məsələsi var.



Әlaqәli Xәbәrlәr