PKK terror təşkilatına ağır zərbə vuruldu

Türkiyə Silahlı Qüvvələri (TSQ) Beytüşşəbap və Silvanda PKK terror təşkilatının silah-sursatının olduğu anbarları məhv edib.

727432
PKK terror təşkilatına ağır zərbə vuruldu

Türkiyə Silahlı Qüvvələri (TSQ) Beytüşşəbap və Silvanda PKK terror təşkilatının silah-sursatının olduğu anbarları məhv edib.

Bir dəfədə olmaqla terror təşkilatından ən çox silah-sursatın ələ keçirildiyi əməliyyatlarda PKK-ya ağır zərbə vurulub.

TSQ Şırnak vilayətinin Beştüşşəbap qəsəbəsi ərazilərində PKK terror təşkilatına qarşı başlatdığı “Şəhid jandarm Əhməd Karaman-2” əməliyyatı 19 gündür davam edir.

İncəbəl dağından Kato dağınadək uzanan bölgədə tərrorçuların istifadə etdiyi 25 mağara aşkarlanıb.

Mağaralarda terror təşkilatına aid xeyli sayda silah-sursat ələ keçirilib. Ələ keçirilən silah-sursatın miqdarının xeyli çox olduğu bildirilib.

Mağaraların yararsız hala salınması məqsədilə iş maşınları fəaliyyətlərini davam etdirir.

Diyarbəkir vilayətinin Silvan qəsəbəsində davam etdirilən “Bayraq-51” əməliyyahında da torpağa quylanmış 1 doçka növ təyyarəvuran silahı və müxtəlif silah-sursat ələ keçirilib.

Silvanda da PKK terror təşkilatına qarşı əməliyyatların davam etdiyi bildirilib.



Әlaqәli Xәbәrlәr