Türkiyənin Xarici İşlər Nazirliyi imzalanan sənədə münasibət bildirdi

Suriyadakı üç zamin ölkə, Türkiyə, Rusiya və İran Suriyada münaqişəsiz bölgələr yaradılmasına dair sənəd imzaladı.

726048
Türkiyənin Xarici İşlər Nazirliyi imzalanan sənədə münasibət bildirdi

Suriyadakı üç zamin ölkə, Türkiyə, Rusiya və İran Suriyada münaqişəsiz bölgələr yaradılmasına dair sənəd imzaladı.

Türkiyənin Xarici İşlər Nazirliyinin bununla əlaqəli açıqlamasında sənədin imzalanmasından duyulan məmnunluq dilə gətirilib. Bildirilib ki, imzalanan sənədin əsaslarının qüvvəyə mindirilməsi üçün Türkiyənin cəhdləri davam edəcəkdir. Toqquşmalara son qoyulacaq bölgələr isə; İdlib vilayətinin bütün əraziləri ilə Lazkiyə, Hələb, Həma, Homs, Şərqi Quta, Deraa və Kuneytra vilayətinin bəzi bölgələri.

Adı çəkilən bölgələrin sərhədləri və qərarın qüvvəyə mindirilməsi prosesinə dair detallar və əsaslar 3 zamin ölkə arasında yaradılacaq çalışma qrupu tərəfindən hazırlanacaq.



Әlaqәli Xәbәrlәr