“Türkiyə və Rusiyanın atacağı addım bölgənin taleyini dəyişəcək” R.T. Ərdoğan

İşgüzar səfərlə Rusiyada olan Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan ilə rusiyalı həmkarı Vladimir Putin Soçidə danışıqlara başlayıblar.

725083
“Türkiyə və Rusiyanın atacağı addım bölgənin taleyini dəyişəcək” R.T. Ərdoğan

İşgüzar səfərlə Rusiyada olan Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan ilə rusiyalı həmkarı Vladimir Putin Soçidə danışıqlara başlayıblar.

İki liderin görüşündən öncə çıxışları olub.

Ərdoğan sözlərinə başlayarkən deyib ki, xüsusilə dəyərli dostumuza bu dəvətinə görə və Qara dənizin bir tərəfindən digər tərəfinə gələrək, bu görüşə imkan yaratdığı üçün çox təşəkkür edirəm.

Rusiya Federasiyası ilə Türkiyə arasındakı istər ikitərəfli əlaqələr istərsə regional problemləri ətraflı şəkildə mükazirə etmə imkanı tapacaqlarını bildirən Ərdoğan qeyd edib ki, üzərimizdə önəmli məsuliyyətlərin olduğu bir dövrdəyik. İnanırım ki, Rusiya və Türkiyənin burada atacağı addım bölgədə vəziyyəti dəyişəcək.

Rusiya Prezidenti Vladimir Putin isə öz növbəsində bildirib ki, işgüzar şəraitdə görüşüb danışıqlar aparmaq imkanının yaranması olduqca yaxşı haldır. Bu, iki ölkə arasında münasibətlərin xüsusi status aldığını, tam miqyasda bərpa olunduğunu göstərir.

Türkiyədə aprelin 16-da keçirilən referendumun nəticələrinə görə dövlət baçşısı Ərdoğanı təbrik edən Putin deyib ki, Türkiyədəki daxili siyasətdəki vəziyyətin daha çox inkişaf etməsi, Türkiyə-Rusiya əlaqələrinin güclənməsinə müsbət təsirini göstərəcəktir. Çünki sizinlə birlikdə qəbul edəcəyimiz qərarların böyük hissəsi strateji əhəmiyyətə sahib olduğundan parlamentlərimizin təsdiqinə ehtiyac olur.



Әlaqәli Xәbәrlәr