Türkiyə və Rusiya prezidentləri Söçidə görüşəcəklər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən Ədalət və İnkişaf Partiyasının üzvü  olduqdan sonra ilk xarici səfərini Rusiyaya edəcək.

724523
Türkiyə və Rusiya prezidentləri Söçidə görüşəcəklər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən Ədalət və İnkişaf Partiyasının üzvü  olduqdan sonra ilk xarici səfərini Rusiyaya edəcək.
 
 Ərdoğan Rusiya prezidenti Vladimir Putin ilə Soçidə bir araya gələcək.
 
Bu liderlərin martın 10-da Moskvada keçirilən görüşündən sonra bu ilin ikinci  üz-üzə görüşü olacaq.
 
 Görüşün əsas müzakirə mövzusu Suriya olacaq.
 
 YPG və DEAŞ ilə mübarizə, Suriyada təhlükəsiz zona yaradılması danışılacaq əsas mövzulardır.
 
 S-400 raket əleyhinə müdafiə sisteminin alınması məsələsi də görüşün gündəminə daxil olacaq məsələlər arasındadır.
 
 Ərdoğan -Putin görüşündə iki ölkə arasında enerji layihələri və ikitərəfli münasibətlər mövzularına da toxunulacaq.



Әlaqәli Xәbәrlәr