Çavuşoğlu Türkiyə-Aİ sammitinin keçiriləcəyi barədə məlumat verdi

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu özəl televiziya kanalının qonağı oldu.

724526
Çavuşoğlu Türkiyə-Aİ sammitinin keçiriləcəyi barədə məlumat verdi

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə-Avropa İttifaqı sammitinin keçiriləcəyini bildirdi.
 
 Xarici işlər naziri: "NATO çərçivəsində 24-25 may tarixlərində keçiriləcək sammitdə Aİ liderləri də iştirak edəcək. Burada görüşlər olacaq. Daha sonra isə Türkiyə-Aİ sammiti keçiriləcək" dedi.

 Çavuşoğlu özəl televiziya kanalında gündəmə aid şərhlər verdi.
 
 Çavuşoğlu bəzi Avropa liderlərinin prezident Rəcəb Tayyib Ərdoğanla ikitərəfli görüşlər keçirmək istədiklərini bildirdi.
 
 Nazir Brüsseldən sonra  keçiriləcək Türkiyə -Avropa İttifaqı sammitinə hazırlıqlar üçün Aİ-dən mütəxəssislərin Türkiyəyə gələrək lazımi işləri aparacağını qeyd etdi.
 
 Türkiyənin Aİ ilə bir probleminin olmadığını ifadə edən Çavuşoğlu sözünə belə davam etdi:"Bizim Avropanın bizim də inandığımız ortaq dəyərləri ilə heç bir problemimiz yoxdur.  Bunlar bizim də dəyərlərimizdir. Demokratiya, insan haqları, azadlıqlar heç kimin inhisarında deyil. Yeganə problem Aİ-nin münasibətidir".



Әlaqәli Xәbәrlәr